Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“IBSA Judo Gran-Prix Baku 2021” beynəlxalq cüdo yarışının məlumatı

25 May 2021

“IBSA Judo Gran-Prix Baku 2021” beynəlxalq cüdo yarışının məlumatı

25-26 may 2021-ci il tarixlərində Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək.

Kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 9 idmançı təmsil edəcək.

Püşkatmaya əsasən yarışın ilk günündə - 60 kq çəki dərəcəsində çıxış edəcək  idmançılarımız  Vüqar Şirinli və Orxan Qarayev 1/16 pley off mərhələsindən tatamiyə çıxacaq. 1/16  mərhələsində Orxan Qarayev Qazaxıstan idmançısı Anuar Sarıyevlə mübarizəyə qatılacaq.

66 kq-da Namiq Abbaslı və Bayram Mustafayev, -73 kq-da Ramil Qasımov da 1/16 mərhələsindən tatamiyə çıxacaqlar.

-81 kq-da 1/16 mərhələsindən yarışa başlayacaq Hüseyn Rəhimli Gürcüstan cüdoçusu Aftandil Kirkitadze ilə görüşəcək.

-90 kq-da 1/16 mərhələsindən yarışa başlayan Rövşən Səfərovun rəqini isə Özbəkistan Şukrat Boboyevdir.

-100 kq-da 1/16 mərhələsində idmançımız Kənan Abdullaxanlı Özbəkistan cüdoçusu Sulaymon Alayev ilə tatamidə öz gücünü sınayacaq.

+100 kq-da cüdoçumuz İlham Zəkiyev 1/8 mərhələsindən tatamiyə çıxacaq.

Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançı ölkəmizi təmsil edəcək.

-48 kq-da cüdoçumuz Şahanə Hacıyeva 1/8 mərbələsində Türkiyəli Cahide Eke ilə qarşılaşacaq.

-52 kq-da yarışlara 1/16 mərhələsindən qatılan cüdoçularımız Bəsti Səfərova Rusiya cüdoçusu Alesia Stepaniuk, Səbinə Abdullayeva isə Braziliyalı Maria Nubea Dos Santos Lins ilə tatamiyə çıxacaq.

-57 kq-da yarışlara 1/8 mərhələsindən qatılan cüdoçumuz Afaq Sultanovanın rəqibi Özbəkistanlı Parvina Samandarova olacaq.

-63 kq-da idmançımız Xanım Hüseynova 1/8 mərhələdindşn yarışlara qatılacaq.

-70 kq-da Zülfiyə Hüseynova 1/16 mərhələsində Yunanıstan cüdoçusu Theodora Paschalidou ilə görüşəcək.

+70 kq-da Dürsədəf Kərimova 1/8 mərhələsindın yarışlara başlayacaq. Eyni çəki dərəcəsində 1/16 mərhələsində cüdoçumuz Xatirə İsmiyeva isə ABŞ idmançısı Katia Davis ilə tatamiyə çıxacaq.

Ümumilikdə yarışda 38 ölkədən 200 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 350 nəfər təşkil edəcək.

Qran-Pri Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.