Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun TİKA Bakı ofisinin nümayəndələri ilə görüşü olmuşdur

20 Oct 2017

20 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə TİKA-nın Azərbaycanda həyata keçirilən sosial layihələrə daim dəstək verməsinin cəmiyyətin rəğbətini qazandığı qeyd olunmuşdur. Fiziki məhdudiyyətli insanların cəmiyyətə interqrasiyasında böyük rol oynayan Boccia idman növünün Azərbaycanda inkişaf etməsinə TİKA-nın göstərə biləcəyi dəstək müzakirə edilmişdir. Müzakirə nəticəsində Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə komandasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə TİKA tərəfindən dəstək verməsi qərara alınmışdır. Eyni zamanda TİKA ilə bundan sonra da əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilmişdir. Görüş zamanı Boccia idman növü üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında cari ilin dekabr ayında yoldaşlıq görüşünün keçirilməsi razılaşdırılmışdır.