Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmov və Şamil Beydullayev Belorus Respublikasında məşqçilik kurslarında uğurla iştirak ediblər

20 Oct 2017

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmov və məşqçi Şamil Beydullayev 01-10 oktyabr 2017-ci il tarixlərində Belorus Respublikasında təlim-məşq toplantısında iştirak etmişlər. Bu ərəfədə onlar Belorus Respublikası Əlil İdmançılara Dəstək Fondunda məşqçilik kurslarında iştirak etmiş və onlara məşqçilik sertifikatı verilmişdir.. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov İ.Məhərrəmov və Ş.Beydullayevə Belorus Respublikası Əlil İdmançılara Dəstək Fondunun məşqçilik sertifikatlarını təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.