Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

"SENİ CUP" turnirində 17 regiondan ümumilikdə 70 dən çox idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcəkdir

23 Oct 2017

BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 32 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. Professional idmançı olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. BOCCİA idman növünün üstünlüyü ondan ibarətdir ki, əlləri işləməyən sağlamlıq imkanları məhdud olan uşaq və gənclər də bu idman növü ilə məşqul olub, yarışlarda iştirak edə bilərlər.
BOCCİA idman növü Milli Paralimpiya Komitəsi tərəfindən4 ildir ki, ölkəmizdə təbliğ olunur. Seni firmasının dəstəyi ilə 06 dekabr 2014 cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci və 14 dekabr 2016-cı ildə üçüncü SENİ CUP turnirləri keçirilmişdir. 
Bu ilki "SENİ CUP" turnirində 17 regiondan ümumilikdə 70 dən çox idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcəkdir.