Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

100-dən çox sağlamlıq imkanları məhdud uşaq cüdo, üzüçülük, qolbol, stolüstü tennis, boccia və əlil arabasında idman rəqsi idman növlərinə cəlb olunmuşlar.

23 Oct 2017

Məlum olduğu kimi 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) tərkibində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Artıq 100-dən çox sağlamlıq imkanları məhdud uşaq cüdo, üzüçülük, qolbol, stolüstü tennis, boccia və əlil arabasında idman rəqsi idman növlərinə cəlb olunmuşlar.
Hazırda cüdo idman növündə sağlamlıq imkanları məhdud qızlardan ibarət komandanın yaradılması üçün MPK və UPK tərəfindən müvafiq işlər görülür. Bu məqsədlə cüdo idman növündə qızlardan ibarət paralimpiya milli komandasının baş məşqçisi, paralimpiya çempionu Ramin İbrahimov, MPK-nın mütəxəssisi və bu idman növü üzrə tanınmış paralimpiyaçı qızlarla birlikdə seleksiya işlərinin aparılması məqsədi ilə Təhsil Nazirliyinin nəzdində olan sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli internat məktəbində olmuşlar. Onlar sağlamlıq imkanları məhdud qızlarla görüşərək uşaq paralimpiya hərəkatı, cüdo idman növü və onların bu idman növündə iştirak imkanları barədə geniş məlumat vermiş və qızların suallarını cavablandırmışlar. Görüşdə internat məktəbinin direktoru İradə Vəzirova da iştirak etmiş və qərara alınmışdır ki, bu proses davam etdirilsin və son olaraq, dərsdən kənar vaxtlarda MPK-nın məşqçiləri tərəfindən seçiləcək qızlara məşqlər keçirilsin.
Qeyd edək ki, respublika üzrə 2015-ci ildə birinci, 2016-cı ildə isə ikinci Uşaq Paralimpiya İdman Oyunları keçirilmişdir. Cari ilin dekabr ayında isə üçüncü Uşaq Paralimpiya İdman Oyunlarının keçirilməsi planlaşdırılır.