Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

MİLLİ PARALİMPİYA KOMİTƏSİNDƏ MÜŞAVİRƏ KEÇİRILMIŞDİR

04 Yan 2018

    Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun tapşırığı ilə 04 yanvar 2018-ci il tarixində Komitənin Birinci vitse prezidenti Natiq Qasımovun rəhbərliyi ilə Baş məşqçilərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı hər bir idman növü üzrə Baş məşqçilərin məlumatları dinlənilərək, müzakirələr aparılmışdır. Oyunlara hazırlıqlarla əlaqədar Komitənin mütəxəssislərinə və Baş məşqçilərə müvafiq tapşırıqlar verilmişdir.