Tokio 2020-yə Qalan Vaxt -
Xəbələr

“Gəncsən? Başla!” kitabının imza günü

09 Jan 2018

10 yanvar 2018-ci il tarixində, saat 14.00-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin dəstəyi ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Respublika Paralimpiya İdman Kompleksində Dr., dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” tələbə və gənclərin şəxsi inkişaf kitabının imza günü keçiriləcək. İmza günü Şəms Tərcümə xidmətləri mərkəzi, Azərbaycan Universiteti, Azərbaycan Universitetləri facebook səhifəsi, YARAT və ASAN Könülləri Təşkilatı ilə əməkdaşlıq şəraitində keçirilir. 
Kitab Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib, qısa zamanda oxucular və xüsusən də gənclər arasında populyarlıq qazanıb. Kitabın satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə Təqaüd Proqramına yönəldiləcək.
Bütün paralimpiyaçı idmançılarımızı “Gəncsən? Başla!” kitabının imza gününə dəvət edirik!