Milli Paralimpiya Komitəsinin yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub. İlkin baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli bayrağımızı sürətlə zəfərə doğru aparan paralimpiyaçımız əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir. […]