Paracüdoçularımız fiziki hazırlıq üzrə testlərdən keçiblər

Paracüdoçularımız Azərbaycan Cüdo Federasiyasının milli komandaların Təlim-Məşq Mərkəzində fiziki hazırlıq üzrə testlərdən keçiblər. Testlər zamanı paralimpiyaçılarımızın ümumi fiziki vəziyyəti yoxlanılıb. Peşəkar fiziki mütəxəssislər tərəfindən əldə edilən məlumatlar idmançıların ümumi və fərdi məşq proseslərinin qurulması, həmçinin çəki məsələlərinin idarə edilməsi üçün istifadə ediləcək.