Paralimpiyaçılarımızdan Belarus Açıq Paraüzgüçülük Kubokunda 8 medal!

19-21 fevral tarixlərində Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokuna yekun vurulub. Yarışın ilk iki günündə S12 kateqoriyasında Paralimpiya çempionumuz Raman Salei 100 metr məsafəyə sərbəst və “butterfly” (kəpənək) üzmə üsullarında 2 qızıl medal qazanmışdı. Təcrübəli paralimpiyaçımız 100 metr məsafəyə arxası üstə 1:02.87 və 50 metr məsafəyə sərbəst üsulda 25.34 saniyə nəticə göstərərək daha iki […]