Paragüllə atıcılarımız Fransa Qran-Prisində

Paragüllə atıcılarımız Kamran Zeynalov və Aybəniz Babayeva 27 fevral-1 mart tarixlərində Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçiriləcək Paragüllə atıcılığı üzrə Qran-Pridə çıxış edəcək. Kamran Zeynalov 10 metr (P1), Aybəniz Babayeva isə 10 metr (P2), yarışında mübarizə aparacaq. Milli komandamızı yarışa baş məşqçi Əfqan Əhmədov çıxaracaq.
Milli Paralimpiya Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib

ocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Milli Paralimpiya Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.