Paragüllə atıcılarımız Kamran Zeynalov və Aybəniz Babayeva 27 fevral-1 mart tarixlərində Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçiriləcək Paragüllə atıcılığı üzrə Qran-Pridə çıxış edəcək.
Kamran Zeynalov 10 metr (P1), Aybəniz Babayeva isə 10 metr (P2), yarışında mübarizə aparacaq.
Milli komandamızı yarışa baş məşqçi Əfqan Əhmədov çıxaracaq.
