Paragüllə atıcılarımız Fransa Qran-Prisində

Paragüllə atıcılarımız Kamran Zeynalov və Aybəniz Babayeva 27 fevral-1 mart tarixlərində Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçiriləcək Paragüllə atıcılığı üzrə Qran-Pridə çıxış edəcək. Kamran Zeynalov 10 metr (P1), Aybəniz Babayeva isə 10 metr (P2), yarışında mübarizə aparacaq. Milli komandamızı yarışa baş məşqçi Əfqan Əhmədov çıxaracaq.

Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvondo Federasiyası əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvondo Federasiyası parataekvondonun inkişafı istiqamətində əməkdaşlığı genişləndirir. Komitə ilə federasiya arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumla bağlı hər iki qurumun rəsmiləri arasında görüş keçirilib. Görüş zamanı parataekvondo üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə […]

Paralimpiyaçılarımızdan Belarus Açıq Paraüzgüçülük Kubokunda 8 medal!

19-21 fevral tarixlərində Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokuna yekun vurulub. Yarışın ilk iki günündə S12 kateqoriyasında Paralimpiya çempionumuz Raman Salei 100 metr məsafəyə sərbəst və “butterfly” (kəpənək) üzmə üsullarında 2 qızıl medal qazanmışdı. Təcrübəli paralimpiyaçımız 100 metr məsafəyə arxası üstə 1:02.87 və 50 metr məsafəyə sərbəst üsulda 25.34 saniyə nəticə göstərərək daha iki […]

Paraüzgüçülərimiz Belarus Açıq Paraüzgüçülük Kubokunda

19-21 fevral tarixlərində Belarusun Brest şəhərində Belarus Açıq Paraüzgüçülük Kuboku keçiriləcək.Ölkəmizi yarışda S12 kateqoriyasında Raman Salei və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülərimiz Əli Vəliyev ilə Murad Məmmədov təmsil edəcək.Paralimpiyaçılarımızı yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərov çıxaracaq.

Paralimpiyaçılarımız kamandan oxatma üzrə məşqçilik təlim proqramında iştirak edib

Azərbaycan İdman Akademiyasında Türkiyə Kamandan Oxatma milli komandasının baş məşqçisi və Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Göktuğ Erginin rəhbərliyi ilə məşqçilik təlim proqramı keçirilib. Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan iki günlük təlim proqramında parakamandan oxatma üzrə milli komandamızın baş məşqçisi İlqar Abbasov, paralimpiyaçılarımız Əli Nəbiyev və Şahin Cabbarov da iştirak ediblər.

Paracüdoçularımız fiziki hazırlıq üzrə testlərdən keçiblər

Paracüdoçularımız Azərbaycan Cüdo Federasiyasının milli komandaların Təlim-Məşq Mərkəzində fiziki hazırlıq üzrə testlərdən keçiblər. Testlər zamanı paralimpiyaçılarımızın ümumi fiziki vəziyyəti yoxlanılıb. Peşəkar fiziki mütəxəssislər tərəfindən əldə edilən məlumatlar idmançıların ümumi və fərdi məşq proseslərinin qurulması, həmçinin çəki məsələlərinin idarə edilməsi üçün istifadə ediləcək.  

Polad Rzayev lisenziya üçün mübarizəsini davam etdirir

Polad Rzayev Qış Paralimpiya Oyunlarına lisenziya üçün mübarizəsini davam etdirir. 13-14 fevral tarixlərində İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirinə yekun vurulub. LW3 kateqoriyasında çıxış edən paralimpiyaçımız Polad Rzayev beynəlxalq yarışda iki yürüşdə çıxış edib. O, birinci mərhələni 1:28.10, ikinci mərhələni isə 1:46.24 nəticə ilə başa vurub və yarışı ümumilikdə 3:14.34 nəticəsi ilə başa […]

Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçirilib. Ölkəmizi turnirdə K44 kateqoriyasında təmsil edən parataekvondoçumuz Orxan Cəfərov (80 kq) bürünc medal qazanıb. Yarışa 1/8 finaldan start verən O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Parataekvondoçularımız Türkiyə Açıq Beynəlxalq Turnirində mübarizə aparacaq

8 fevralda Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçiriləcək. Ölkəmizi turnirdə K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) təmsil edəcək.   Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.   Qeyd edək ki, milli komandamızı yarışa baş məşqçi Fərid […]

İbrahim Əliyev Misirdə iki bürünc medal qazanıb

Parabadmintonçumuz İbrahim Əliyev yanvarın 21-dən 26-dək Misirin paytaxtı Qahirədə təşkil edilən Beynəlxalq Parabadminton Turnirini iki bürünc medalla başa vurub.   19 yaşlı gənc paralimpiyaçımız həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda bürünc medala yiyələnib. İ.Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançımız […]