Misirdə Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq

Yanvarın 21-dən 26-dək Misirin paytaxtı Qahirədə 2-ci Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq.Turnirdə ölkəmizi İbrahim Əliyev təmsil edəcək. Parabadmintonçumuz Misirə məşqçi Teymur Abbasov ilə yollanıb.Qeyd edək ki, turnir “Grade 2” kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.
Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış […]
İmaməddin Xəlilov Vətənə qayıdıb

Dünya Taekvondo Federasiyası (World Taekwondo) tərəfindən 2024-cü ilin ən yaxşı parataekvondoçusu seçilən İmaməddin Xəlilov Vətənə qayıdıb. İdmançımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, parataekvondo üzrə milli komandamızın üzvləri ilə media nümayəndələri qarşılayıb.
İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib

Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb. Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub. Qeyd edək ki, […]
Milli komandanın üzvləri IBSA dünya oyunlarından Vətənə qayıdıblar.

IBSA dünya oyunlarında iştirak edən cüdo və şahmat idman növlər üzrə milli komanda üzvlərinin qarşılama mərasimi keçirilib. Milli komandanın üzvləri IBSA dünya oyunlarından Vətənə qayıdıblar. Birləşmiş Krallığın Birmingem şəhərində keçirilən IBSA dünya oyunlarında iştirak edən cüdo və şahmat idman növlər üzrə milli komanda üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimi keçirilib. Komandamızı Milli Paralimpiya Komitəsinin […]
“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına 1 il qalır!

İnanırıq ki, dünyanın ən mötəbər idman oyunlarında idmançılarımız ölkəmizi layiqincə təmsil edəcək və xalqımızı parlaq qələbələri ilə sevindirəcəklər! “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına 1 il qalır! İnanırıq ki, dünyanın ən mötəbər idman oyunlarında idmançılarımız ölkəmizi layiqincə təmsil edəcək və xalqımızı parlaq qələbələri ilə sevindirəcəklər!
IBSA dünya oyunlarında cüdo yarışları başa çatıb.

Cüdoçularımız mötəbər yarışda 3 medal qazanıblar. Birləşmiş Krallığın Birmingem şəhərində keçirilən IBSA dünya oyunlarında cüdo yarışları başa çatıb. Milli komandamızın üzvləri İlham Zəkiyev (+90 kq, J1) və Xanım Hüseynova (-70 kq, J2) gümüş, Şəhanə Hacıyeva (-48 kq, J2) isə bürünc medal qazanıb. İdmançılarımızı təbrik edirik!
Xanım Hüseynova dünya oyunlarının gümüş medalını qazandı.

Xanım Hüseynova (-70 kq, J2) IBSA dünya oyunlarının gümüş medalını qazandı! İdmançımızı təbrik edirik!
İlham Zəkiyev dünya oyunlarının gümüş medalını qazandı.

İlham Zəkiyev (+90 kq, J1) IBSA dünya oyunlarının gümüş medalını qazandı! İdmançımızı təbrik edirik!
Rəsul Zəkiyev dünya çempionatında gənclərin yarışında 2 qızıl medal qazandı.

Rəsul Zəkiyev (-80 kq) BƏƏ-nin Dubay şəhərində pauerlifitnq üzrə keçirilən dünya çempionatında gənclərin yarışında 2 qızıl medal qazandı. Pauerlifterimiz Rəsul Zəkiyev (-80 kq) BƏƏ-nin Dubay şəhərində pauerlifitnq üzrə keçirilən dünya çempionatında gənclərin yarışında 2 qızıl medal qazandı. R.Zəkiyev ən yaxşı qaldırdığı nəticəyə görə (95 kq) və umümi qaldırdığı çəkiyə görə (265 kq) qızıl medallara sahib […]