Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək

Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək. 1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda formalaşan paralimpiya hərəkatı ötən dövrdə ölkədə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin Azərbaycan idmanına, o cümlədən paralimpiya hərəkatına göstərdiyi xüsusi […]

Milli Paralimpiya Komitəsinin yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub. İlkin baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli bayrağımızı sürətlə zəfərə doğru aparan paralimpiyaçımız əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir. […]

Şəhidlərimizin xatirəsi yad edilib

Milli Paralimpiya Komitəsinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edib.  

Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi – AMADA və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.   Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.   Seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.  

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Cavad Axundzadə Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.   Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var.   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə […]