Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi – AMADA və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib. Seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.
Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları açıqlanıb

Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları açıqlanıb. “Buta Palace”da təşkil olunan tədbirdə kişi və qadın paralimpiyaçılarımız da mükafatlandırılıb. Kişilər arasında İmaməddin Xəlilov 1-ci (parataekvondo), Səid Nəcəfzadə 2-ci (paraatletika), İlham Zəkiyev 3-cü olub (paracüdo). Qadınlar arasında isə müvafiq olaraq Lamiyə Vəliyeva (paraatletika), Dürsədəf Kərimova (paracüdo) və Könül Süleymanova (paraüzgüçülük) ən yaxşı seçiliblər.
İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılan idmançılar arasında Paralimpiya, dünya və Avropa çempionu, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan parataekvondoçumuz İmaməddin Xəlilov da olub.
AzTU-da Paralimpiya çempionları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Paralimpiya çempionları ilə görüş keçirilib. AzTU-da təşkil olunan görüşün fəxri qonaqları ikiqat Paralimpiya çempionu, beşqat Paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olan, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və ikiqat Paralimpiya […]
Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış […]
Məşhur qlobal şirkət Azərbaycan yığma komandasını Paris 2024-də dəstəkləyəcək

Paris 2024 Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı Procter&Gamble şirkəti Azərbaycan milli komandasının bu oyunlarda iştirakını dəstəkləyəcək. Qlobal şirkət bu barədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) ilə müqavilə imzalayıb. Müqaviləyə Procter&Gamble şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze, MOK vitse-prezidenti Çingiz Hüseynzadə və MPK prezidenti […]