Paralimpiyaçılarımız kamandan oxatma üzrə məşqçilik təlim proqramında iştirak edib

Azərbaycan İdman Akademiyasında Türkiyə Kamandan Oxatma milli komandasının baş məşqçisi və Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Göktuğ Erginin rəhbərliyi ilə məşqçilik təlim proqramı keçirilib.

Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təşkil olunan iki günlük təlim proqramında parakamandan oxatma üzrə milli komandamızın baş məşqçisi İlqar Abbasov, paralimpiyaçılarımız Əli Nəbiyev və Şahin Cabbarov da iştirak ediblər.