Polad Rzayev Qış Paralimpiya Oyunlarına lisenziya üçün mübarizəsini davam etdirir.
13-14 fevral tarixlərində İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirinə yekun vurulub.
LW3 kateqoriyasında çıxış edən paralimpiyaçımız Polad Rzayev beynəlxalq yarışda iki yürüşdə çıxış edib.
O, birinci mərhələni 1:28.10, ikinci mərhələni isə 1:46.24 nəticə ilə başa vurub və yarışı ümumilikdə 3:14.34 nəticəsi ilə başa vuraraq turniri 12-ci pillədə tamamlayıb.
Qeyd edək ki, turnir 6-15 mart tarixlərində İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
