Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçirilib. Ölkəmizi turnirdə K44 kateqoriyasında təmsil edən parataekvondoçumuz Orxan Cəfərov (80 kq) bürünc medal qazanıb. Yarışa 1/8 finaldan start verən O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Parataekvondoçularımız Türkiyə Açıq Beynəlxalq Turnirində mübarizə aparacaq

8 fevralda Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçiriləcək. Ölkəmizi turnirdə K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) təmsil edəcək. Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Qeyd edək ki, milli komandamızı yarışa baş məşqçi Fərid […]
İbrahim Əliyev Misirdə iki bürünc medal qazanıb

Parabadmintonçumuz İbrahim Əliyev yanvarın 21-dən 26-dək Misirin paytaxtı Qahirədə təşkil edilən Beynəlxalq Parabadminton Turnirini iki bürünc medalla başa vurub. 19 yaşlı gənc paralimpiyaçımız həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda bürünc medala yiyələnib. İ.Əliyev təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançımız […]
Misirdə Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq

Yanvarın 21-dən 26-dək Misirin paytaxtı Qahirədə 2-ci Beynəlxalq Parabadminton Turniri təşkil olunacaq.Turnirdə ölkəmizi İbrahim Əliyev təmsil edəcək. Parabadmintonçumuz Misirə məşqçi Teymur Abbasov ilə yollanıb.Qeyd edək ki, turnir “Grade 2” kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.
Şəhidlərimizin xatirəsi yad edilib

Milli Paralimpiya Komitəsinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edib.
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi – AMADA və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib. Seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.
Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları açıqlanıb

Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları açıqlanıb. “Buta Palace”da təşkil olunan tədbirdə kişi və qadın paralimpiyaçılarımız da mükafatlandırılıb. Kişilər arasında İmaməddin Xəlilov 1-ci (parataekvondo), Səid Nəcəfzadə 2-ci (paraatletika), İlham Zəkiyev 3-cü olub (paracüdo). Qadınlar arasında isə müvafiq olaraq Lamiyə Vəliyeva (paraatletika), Dürsədəf Kərimova (paracüdo) və Könül Süleymanova (paraüzgüçülük) ən yaxşı seçiliblər.
İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılan idmançılar arasında Paralimpiya, dünya və Avropa çempionu, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan parataekvondoçumuz İmaməddin Xəlilov da olub.
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Cavad Axundzadə Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə […]
AzTU-da Paralimpiya çempionları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Paralimpiya çempionları ilə görüş keçirilib. AzTU-da təşkil olunan görüşün fəxri qonaqları ikiqat Paralimpiya çempionu, beşqat Paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olan, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və ikiqat Paralimpiya […]