Dünya Badminton Federasiyasının İnkişaf direktoru Milli Paralimpiya Komitəsində olub

Ölkəmizdə səfərdə olan Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Rayt ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.   Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev və badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvinin iştirak etdiyi görüşdə ölkəmizdə parabadmintonun inkişaf perspektivləri, bu istiqamətdə görülən işlər […]

Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçirilib.   Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Çıxış […]

İmaməddin Xəlilov Vətənə qayıdıb

Dünya Taekvondo Federasiyası (World Taekwondo) tərəfindən 2024-cü ilin ən yaxşı parataekvondoçusu seçilən İmaməddin Xəlilov Vətənə qayıdıb.   İdmançımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, parataekvondo üzrə milli komandamızın üzvləri ilə media nümayəndələri qarşılayıb.  

İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib

Paralimpiya çempionumuz İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb. Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.   Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.   Qeyd edək ki, […]